
LoqopedAz
Taxilaliya
Taxa-yunanca sürətli lalia-söz deməkdir. Taxilaliya sözün anormal sürətli dərəcəsidir.Yəni sözün tempi və inkişafı sürətli olur. Taxilaliya səbəbləri nitq mərkəzinin mexanizmin pozulması ola bilər. Taxilaliyanin əlamətləri fonetik,leksik və qramatik heç bir tərifləri olmadan nitqin sürətli tenbiri saniyyədə (10-12 səs əvəzinə 20-30) səs müşahidə olunur. Taxilaliya böyüklərdə və uşaqlarda ümumi hərəkət tempində pozur. Məs hərəkət tez olur hiperaktivlik özünü göstərir. Uşaqlar hətda yataqda da çox narahatçılıq keçirirlər. Taxilaliya irsidə ola bilər. Beləliklə taxilaliya digər pozğunluğu olmadan sürətli nitqdi.
Taxilaliyanı nevropataloq və loqopedin köməkliyi ilə aradan qalxa bilər. Laqapedik iş zamanı əsasən nəfəs aktının və sait səsləri uzadılmasına üstünlük verilməlidir. Taxilaliyası olan insanlar çox zaman nevrolojı problemləri də olur. Öz fikirlərini tez çatdırmaq üçün çalışırlar. Sanki tez fikirlərini söyləməsələr insanlar onlara qulaq asmadana gedəcəklər. Əksər hallarda taxilaliya irsidə olur. Amma taxilaliyanın aradan qalxması üçün insanın özüdə maksimim səy göstərməlidir. Bu şərtdir.
Haqqımızda
Nitq inkişaf mərkəzi nitqi qüsurlu uşaqlar üçün nəzərdə tutulub. İstənilən reabritasyon məşğələ nitq inkişafına yönəldilib. Mərkəzimizin mütəxəssisləri valideyinlərə loqopedik masajıda öyrədir. Bunun üçün valideyinləri zond və masajı öyrətmək üçün öyrədici disklərlə təmin edir. Fəaliyyət növləri bunlardır:
- Defektologiya
- Loqopediya
- Loqopedik masaj
- Əmək terapevti
- Qrup məşğələsi
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbəqədər və məktəb hazırlığı
- Psixologiya
- İdman dərsləri
- Sensor otağı
Mərkəzimizdə qəbullar həftənin 3-cü və 6-cı günləri keçirilir. Qəbula yazılmaq əsas şərtlərdəndir. Qəbul odənişlidir.
Hər bir uşaq üçün xüsusi proqram tutulur. Bu proqramın tutulmasında valideyinin də istəyi nəzərə alınır. Proqram iki aydan bir dəyişilir.
Əlaqə
Ünvan: Bakı, Xudu Məmmədov küç. 41 ("Həzi Aslanov" metrosunun yanı) Telefon: (055) 903 38 16.
Dislaliya
Bəzən yaşlılar (ata ana nənə baba) uşağın nitqini təqlid edir uzun müddət onunla uşaq dilində danışırlar. Buda get-gedə uşaqlarda vərdiş kimi qalir və probləmə çevrilir. Uşaqlarda səslərin düzgün tələffüz etməməsi, fikirlərini düzgün çatdıra bilməməsi və valideyin bunun normal qəbul etməsi gələcəkdə böyük bir problemə çevrilə bilər. Qeyd etmək lazımdır ki, səs tələffüzü qüsurları fonematik eşitmənin inkişafsızlığının nəticəsi kimi də meydana çıxa bilər. Dislaliyanın bir neçə növü var: siqmatizm, rotatizm, lamdasizm, paralamdasizm, kappasizm, xitizm, qammasizm, yotasizm.
Dislaliya uşaqlar arasinda ən çox rastlaşdığımız nitq pozuntusudur. Bu zaman yaxşı eşitməsi, bol söz ehtiyatina malik, düzgün cümlə quran, cümlədə sözləri əlaqələndirən, səlis və aydın danışan lakin nitqində bəzi səslərdə qüsur olan uşaqlar nəzərdə tutulur. Məktəbə qədər yaşlılar arasinda 15-20% kiçik ibtidai sinif şagirdləri arasinda 5-7 % uşaqlar dislaliya qüsuruna malikdirlər. Dislaliya 2 növə ayrılır funksional və mexaniki (üzvü)
1.Funksianal dislaliya
Funsianal dislaliya tələffüzün pozulmasının elə bir formasıdır ki,burada artikulyar aparatda heç bir çatışmamazlıq müşahidə edilmir.Artikulyar aparatda orqanik defekt olmur.Əsasən fonematik qavramanın inkişafdan qalmasıpsixi inkişafın ləngiməsi.eşitmənin zəifləməsi,əqli inkişafın ləngiməsi və s
2.Mexaniki dislaliya zamanı periferik nitq aparatının anatomik defekti nəticəsində yaranır. Bu pozuntu anadangəlmə və sonradan qazanılma ola bilər. Dişləmin anormallığı bir neçə növü var: Proqnatiya, Prodeniya, Ön açıq dişləm. Mexaniki dislaliyanın yaranmasının başlıca səbəbi kimi dil altı pərdənin qisalığını göstərmək olar. Belə ki dil altı pərdənin qisa olması dilin hərəkətini məhdudlaşdırır və səs tələffüzünü çətinləşdirir. Bundan əlavə dilin həddindən artıq böyük.enli və ya qısa, ensiz olması da dislaliyanın yaranmasını şərtləndirir.
Dislaliyalı uşaqlarla işləyərkən nəfəs aktının işlənməsini və artikulyar aparatın hərəkətliliyin artirmaq lazımdır. Loqopedik işin nəticəsinin yüksək səviyyədə olması üçün mütləq loqopedlə valideyinin birgə işi mutləqdir. Tək əldən səs çixmaz.
Kəkələmə
Hər 100 insanın birində kəkələmə olur. Oğlanlarda qızlara nisbətən 4 dəfə artıq rast gəlinir.Uşaqların 20% ilk inkişaf vaxtlarında ailələri narahat edir. 5%-i kəkələməyə oxşarlıqla 6 ay və daha artıq vaxt müddətində davam edir. 3/5 ü gec uşaqlıq vaxtına qədər davam edir. 1%-ə qədəri uzun müddətli vaxtı əhatə edir. Ən düzgünü erkən müdaxilədir. Əgər uşaq kəkələməyə 6 aydan artıq vaxtdır ki başlayırsa onda mütləq nevropatoloq və loqopedə müraciət etmək lazımdır.
Kəkələmək 1 insanın qəsdsiz olaraq damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlamasına uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında olur. Ortalama 5 yaşdır. Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stresin buna yol açdığını deyir. Ayrı 1 araşdırma kəkələmə və teurətə sindiromu arasında əlaqə olduğunu deyir. Kəkələyən insanlar deyilməsi asan olanı deyərlər. Kəkələmə nitq aparatının əzələsinin qıcolmasıdır. İlkin olaraq kəkələməyə uşaq xəstələyi deyilir.Kəkələyən insanlar daim təmiz havada gəzməli və coxlu sakitləşdirici vannalar qəbul etməlidirlər. Kəkələyən uşaqla iş uzun müddətli olur.
Xarakterindən asılı olaraq kəkələmə üç yerə ayrılır.
- Tonik (avazi)
- Qarışıq
- Klonik(təkraı)
Kəkələmənin növləri:
Kəkələməni aradan qaldırmaq üçün bir neçə üsuldan istifadə edilir.
- Artikulyar aparatın məşğələləri
- Nəfəs aktının məşğələləri
- Susma terapiyası
- Səslərin uzadılması və.s
Kəkələyən uşaqla işləyən zamanı onda düzgün danışacağına inam yaratmaq hər dərsdə tərifləmək mütləq lazımdır. Amma mütləqdir ki həm uşaq həm də ailə loqopedik məşğələlərə ciddi yanaşsın.
Məşqələdən öncə
2 həftə sonra
Autizm və nitq
Autizm sindiromu XXI əsrin qlobal psixoloji problemlərindən biri sayılır. Autizm latın sözü olub özü deməkdir. Yaranma səbəbi tam məlum deyil. Əsasən oğlan uşaqlarında rast gəlinir. Autizm sindiromunun bir neçə növü var: atipik autizm, ret sindiromu, tipik autizm ve s. Autizm sindiromu diaqnozunu uşağa yalnız uşaq psixiatoru qoya bilər. Autizm sindiromlu uşaqları digər uşaqlardan kliniki cəhətdən əsas 3 xüsusiyyetinə görə fərqləndirmək olar.
- Sosiallaşma( ünsiyyət)
- Təsəvvürlerin olmaması
- Stereotiplərin olması
Autizm sindromlu uşaqlarda rast gəlinən nitq problemləri:
- Tipik olmayan ilk sözlər
- İkinci və ya üçüncü şəxsin dilindən danışmaq
- Exolaliya(əksolunma)
- Semantik cəhətdən düzgün olmayan ünsiyyət
- Nitqdən ünsiyyət üçün istifadə edilmir.
Mərkəzi nitq aparatında broka və ya vernika hissələrinin zədələnməsi nəticəsində uşağa alaliya nitq qüsurunu (mator və ya sensor) qoymaq olar. Bu isə sözsüz aparat vasitəsi ilə müəyyən olunur. Bəzən Autizm sindromlu uşağa alaliya diaqnozu qoyulur. Çünki autiklər eşidirlər amma danışmırlar. Alaliklərdə eyni ilə eşidirlər amma danışmırlar. Amma fərq var. Çünki autiklərin bu problem neyropsixoloji pozuntudur. Alaliklərin isə mərkəzi nitq aparatı əlaqəlidir. Əgər autizm sindromlu uşaqda orqanik pozuntu aşkarlanarsa və bu zamanda mərkəzi nitq aparatı zədələnərsə Alaliya nitq qüsurunu qoymaq olar. Amma çox az halda bu mümkündür. Əksər halda autizm sindromlu uşağa alaliya diaqnozu qoyulmur.
Autizm sindiromlu uşaqların 30 % danışmır. Amma axır zamanlar bu faiz yaxşılığa doğru dəyişilir. Ən əsası da unutmaq olmaz ki,autizm sindiromlu uşaqla iş nə qədər tez başlanılarsa bir o qədər də tez effekt əldə edilər. Xüsusi ilə qeyd etmək lazımdır ki,autizm sindiromlu uşaqla defektoloji loqopedik iş nə qədər tez başlansa uşağın nitqində tez irəliləyiş olar. 5 yaşından sonra autizm sindiromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur.
Autizm sindiromlu uşaqlarda əsasən kəkələmə, alaliya, dislaliya, apraksiya, dizartriya kimi nitq qüsuları olur. Çox zaman isə yalnışlıqla autizm sindiromlu uşaqlar kurs-kurs masaj olunur. Bu ise autizm sindiromlu uşaqların heç xoşuna gəlmir. Masaj əsasən nitqində qüsur (yəni səs problemi) olarsa, artikulyar aparatda gərginlik və ya süstlük olarsa istifadə olunur. Əgər bu kimi problemlər varsa da ilkin olaraq artikulyar gimnastikalara üstünlük vermək lazımdır. Yəni tibbi müdaxiləsiz.
Autizm sindiromlu uşaqlar üçün çoxlu sayda proqramlar da var. ABA terapiya, Teach, Peach, Hipoterapiya, Delfinlərlə terapiya ve s.
Kazımova Esmira Rafiq qızı
Kazımova Esmira Rafiq qızı 1991-2001 ci illərdə Bakı şəhər Sabunçu rayonu 96 saylı orta məktəbdə təhsil alıb. 2001-2005 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Defektologiya şöbəsində təhsil alıb. 2014 - 2016-cı illərdə Saratov Dövlət Universitetinin Loqopediya fakultəsində magistr təhsilini alıb. Magistr diplom işinin adı "Erkən Autizm sindromlu uşaqlarda loqopedik işin təşkili" olub. 2005-ci ildən bu günə qədər xüsusi uşaqlar üçün 11 saylı dövlət məktəbində defektoloq-loqoped kimi fəaliyyət göstərir. Eyni vaxtda 2012-ci ildən bəri Nitq İnkişaf Mərkəzlərinin rəhbəri və baş mütəxəsisi kimi çalışır, Autizm qəzetinin redaktoru, Türkiyədə Disleksiya vakfının yazarı və quruculuğunda çalışır. İlk Azərbaycanlı loqoped olaraq Azərbaycanı xarici ölkələrdə ilk təmsil edən loqoped-defektoloq,ilk loqopedik maarifləndirici və autizm saytın qurucusudur (Autizm.az vəLoqoped.az ), ilk autizm ək kitabçasının, daun sindromu və nitq kitabının, Türkiyədə loqopedik kitabın müəllifi, ilk Autizm mərkəzi ictimai birliyin qurucularından biri, özəl defektoloji-loqopedik mərkəzin qurucularından biridir. Loqoped.az saytının təsisçisidir.