Dislaliya

Bəzən yaşlılar (ata ana nənə baba) uşağın nitqini təqlid edir uzun müddət onunla uşaq dilində danışırlar. Buda get-gedə uşaqlarda vərdiş kimi qalir və probləmə çevrilir. Uşaqlarda səslərin düzgün tələffüz etməməsi, fikirlərini düzgün çatdıra bilməməsi və valideyin bunun normal qəbul etməsi gələcəkdə böyük bir problemə çevrilə bilər. Qeyd etmək lazımdır ki, səs tələffüzü qüsurları fonematik eşitmənin inkişafsızlığının nəticəsi kimi də meydana çıxa bilər. Dislaliyanın bir neçə növü var: siqmatizm, rotatizm, lamdasizm, paralamdasizm, kappasizm, xitizm, qammasizm, yotasizm.

Dislaliya uşaqlar arasinda ən çox rastlaşdığımız nitq pozuntusudur. Bu zaman yaxşı eşitməsi, bol söz ehtiyatina malik, düzgün cümlə quran, cümlədə sözləri əlaqələndirən, səlis və aydın danışan lakin nitqində bəzi səslərdə qüsur olan uşaqlar nəzərdə tutulur. Məktəbə qədər yaşlılar arasinda 15-20% kiçik ibtidai sinif şagirdləri arasinda 5-7 % uşaqlar dislaliya qüsuruna malikdirlər. Dislaliya 2 növə ayrılır funksional və mexaniki (üzvü)

1.Funksianal dislaliya

Funsianal dislaliya tələffüzün pozulmasının elə bir formasıdır ki,burada artikulyar aparatda heç bir çatışmamazlıq müşahidə edilmir.Artikulyar aparatda orqanik defekt olmur.Əsasən fonematik qavramanın inkişafdan qalmasıpsixi inkişafın ləngiməsi.eşitmənin zəifləməsi,əqli inkişafın ləngiməsi və s

2.Mexaniki dislaliya zamanı periferik nitq aparatının anatomik defekti nəticəsində yaranır. Bu pozuntu anadangəlmə və sonradan qazanılma ola bilər. Dişləmin anormallığı bir neçə növü var: Proqnatiya, Prodeniya, Ön açıq dişləm. Mexaniki dislaliyanın yaranmasının başlıca səbəbi kimi dil altı pərdənin qisalığını göstərmək olar. Belə ki dil altı pərdənin qisa olması dilin hərəkətini məhdudlaşdırır və səs tələffüzünü çətinləşdirir. Bundan əlavə dilin həddindən artıq böyük.enli və ya qısa, ensiz olması da dislaliyanın yaranmasını şərtləndirir.
Dislaliyalı uşaqlarla işləyərkən nəfəs aktının işlənməsini və artikulyar aparatın hərəkətliliyin artirmaq lazımdır. Loqopedik işin nəticəsinin yüksək səviyyədə olması üçün mütləq loqopedlə valideyinin birgə işi mutləqdir. Tək əldən səs çixmaz.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr