LoqopedAz

LoqopedAz

Bütün türk dünyasının səs imperatoru olan Hörmətli İbrahim Tatlısesle loqopedik dərslərə başlamağım çox qürur verici və şərəfli bir işdir mənim üçün. Çünki uşaqlıqdan bu səsi çox sevirəm və bunu məni tanıyanlar bilir. İbrahim Tatlıseslə dərsə başlarkən çox həyəcanlandım və bunu İbrahim bəy hiss etdi. 3-ü seansda İbrahim bəy mənə Muhammed peyğəmbərlə bağlı kəlamı bilirsən? Sən bacarsanda bacarmasanda mənim hocamsan. Sənin əziyyət çəkməyin mənə yetər. Özümdə irəliləmə çox görürəm və bu mənə yetər.  Hər kəs hoca ola bilər amma hər kəs ustad ola bilməz. Sən ustadsan - dedi. İnanın gözlərim doldu.


Bütün ixtisascı loqopedlər 14 noyabr loqopedlər günü münasibətilə təbrik edirəm. Bütün tələbələrimi isə ayrica. Məni sayıb təbrik edən və etməyən bütün əziyyət verib şəxsi praktikami paylaşdığım tələbələri ayrıca təbrik edirəm çünki onlar mənim davamçılarımdir.

Hormətlə Esmira Kazımova

Cümə axşamı, 04 Oktyabr 2018 00:32

ESMİRA KAZIMOVA ROPÖRTAJI - Drama Terapi

Esmira Kazimovanin yeni ugurunu sizlərə təqdim edirik. Mərkəzimizin rəhbəri Esmira Kazımova Türkiyədə fəaliyyət göstərən Drama Terapi saytına Disleksiya ile bağlı geniş müsahibe verib. Daha etraflı oxumaq üçün bu linke daxil ola bilersiniz: https://dramaterapi.blogspot.com/2018/10/esmira-kazimova-roportaji.html?m=0

Nitq inkişaf mərkəzinin Müalicəvi Bədən Tərbiyəsi mütəxəssisi Natiq Kamilovun 20.05.2018-ci il tarixində seminarı baş tutdu. Seminarın sonunda hər bir iştirakçıya sertifikat və Kamilov Natiqin kitabı hədiyyə edildi.

Hər bir iştirakçıya uğurlar arzu edirik!

Bazar, 29 Aprel 2018 21:59

Esmira Kazımovanın yeni uğuru!

Esmira Kazımovanın yeni bir uğurunu sizə təqdim edirik. 25.04.2018 tarixində Rusiyanın tanınmış jurnalı olan "Təhsil və elm Rusiyada və xaricdə" Esmira xanımın yazısı dərc olundu. Əlbətdə ki, yazısı bəyənilərək seçildi və xüsusi sertifikata layiq görüldü.

Yazdığı mövzu: Autizm sindromlu uşaqlarda loqopedik masaj (şəxsi praktika). Qeyd edək ki, bu mövzuya ilk dəfə olaraq Esmira Kazımova müraciət edib.

Hər il olduğu kimi Azərbaycanı loqoped kimi xarici ölkələrdə Esmira Kazımova təmsil edir. Bu ildə bir neçə təklif gəlsədə məlum səbəblərdən iştirak edə bilmeyib. Qazaxıstanın E. Buketova Dövlət Universitetində Ümümdünya xüsusi təhsil və loqopedlər üçün təşkil edilmiş konqresin sonunda çıxan kitabda Esmira Kazımovanın yazısı dərc edildi. 19-20 apreldə keçən konfransda Esmira Kazımovanın yazısı bəyənilərək mükafatada layiq görüldü. Esmira xanıma uğurlar arzu edib onu təbrik edirik.

Esmira xanımın yazdığı mövzu: Dodaq-damaq yarıqları əməliyyatından sonra loqopedik işin təşkili

Səhifə 4 - 44-dən(dan)

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr