LoqopedAz

LoqopedAz

Sevgi və Səssizlər Spor Kulubu Dərnəyi və Nar Taneleri Özel Eğitim Kurumları işbirliğinde Esmira Kazımovanın Türkiyənin Denizli şəhərində seminarı baş tutdu. Bu seminarda həmçinin COVİD-19 la bağlı tədbirlərdə görüldü. Seminarın məqsədi ailələri maarifləndirmə idi. Seminarda Denizli TV də cəkiliş üçün gəlmişdi. Sonda Esmira Kazımova təşəkkür mükafatıda aldı

Bazar ertəsi, 04 May 2020 00:59

Nitq aparatının anatomik-fizioloji mexanizmi

Nitqin anatomik-fizioloji mexanizmi iki hissədən ibarətdir. Mərkəzi nitq aparati və periferik nitq aparati. Hər iki aparat bir-biri ilə six əlaqədədir. Mərkəzi nitq aparatı baş beyində yerləşir və o, baş be­yin qabığından (daha çox sol yarımkürə), qabıqaltı düyün­lər­dən, ötürücü yollardan, beyin kökünün (uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və artikulyasiya əzələlərinə ge­dən sinirlərdən ibarətdir. Qabıqaltı düyünlər nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir. Baş beyin qabığı danışıq üzvləri ilə iki cür sinir yolları ilə əlaqədardır: mərkə­zə­qa­çan və mərkəzdənqaçan sinirlər.Pereferik nitq aparatı 3 şöbədən ibarətdir : tənəffüs, səs və artikulyasiya aparatından. Nəfəs şöbəsinə ağ ciyər­lər, bronxlar, traxeya köks qəfəsi daxildir.

 Səsin yaranması zamanı səs telləri yumulmuş vəziy­yət­də olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumul­muş səs tellərinin büküşləri arasından keçərk onları bir qə­dər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçi­dini daraldan vəziyyətinə qayıdır. Beləliklə də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axı­nı­nın təzyiqi dayandırılsın. Başqa sözlə, fonasiyada (səs­lən­mə) səs tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aşağıya deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf mühitə ötürü­lə­rək danışıq səsi kimi qavranılır.Artikulyasiyada ən əsas üzv dildir. Dil ön, orta, arxa olmaq üzrə üç hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir.Dil böyük kütləvi əzələdir. Çənələrin yumşalmış vəziy­yə­tində o ağız boşluğunu tamamilə tutur. 

1-Üst dodaq; 2-Sərt damaq; 3-Dilçək; 4-Yanaq;

5-Udlaq;  6- Damaq xətdi; 7-Alt dodaq.

Bazar, 03 May 2020 18:46

Sertifikatlar

174ccc66702e4214ae66e654a1b886dc
699ff095411123d9559b85f98071003b
d00d29ee0629b11aa476c74b0567941e
certificate-021
e91a23fc226f115f6a9c93e7cbd656c8
76fd4321f8d33cff65fc3ebb8ed946d1
1bd363648c8c04a844e002a42f4e8122
296c26ff35f1564fe9a0d1a5bd5f30be
0999-kyazymova
e1f0912f4efbec330d43a209a7515c4a
c0fbd3293b3bea9b41efa06de58e9f7e
dfc7b176a34dccf0238a2f74e32b1c09
2c77a541daa7ff8d507b72b5559c2d04
b5498af1bee0237810bb144479c5d0d3
92246c9242a9e4dce2b1726b3d41860e
9a4af7fb9679cc4eb2d12f01f296a9b2
b1d2c01ee866c1407278806e446fba78
ba6ee9034094fa8cfff7237b224e2b80
f90d67470c54979d07d4b6941a6c32f4
cc156062752847e4c50c50b4586f3c47
24712c15ceb46b03172f5ebb0f5a93b6
b3ddf66ed7479e58d437bcf3a30cd3cb

Nitq inkişaf mərkəzinin rəhbəri Esmira Kazımova Türkiyənin Ankara şəhərində Nursin Polatın mərkəzində uşaqları loqoped kimi yoxladı və həmin uşaqlarla işləmə planını verdi. Esmira Kazımova ayda bir dəfə Ankarada olacaq.

22 oktyabr Dünya Kəkələmə Maarifləndirmə günündə Esmira Kazımovanın Türkiyənin Demokrasi Üniversitetində tələbələr üçün praktik təlimi baş tutdu. Universitetin bütün müəllim heyyəti və tələbələrinə dəvətləri üçün təşəkkür edirik.

Nitq inkişaf mərkəzinin mütəxəssisləri Esmira Kazımova və Aynurə Cəfərova 04.09.2019-cu il tarixində Moskva şəhərində "Udma problemləri və aradan qaldırılma yolları" praktik və nəzəri seminarinda olmuşlar. Seminar sonrası hər iki mütəxəssis sertifikat alib.

Nitq inkişaf mərkəzinin mütəxəssisləri Esmira Kazımova və Aynurə Cəfərova Rusiyanın Moskva şəhərində 3 günlük praktik və nəzəri təlimdə oldular. Movzular:
-Teypirova Loqopedik dərsdə
-Afaziya-Disfaqiya-Dizartriya
-Kəkələmə
Teypirova metodikasiyla bağlı geniş məlumat verəcəyik.

Bazar, 15 Sentyabr 2019 22:02

Disleksiya mövzusunda seminar baş tutdu

Esmira Kazımovanın 08.09.2019 cu il tarixində Nitq inkişaf mərkəzində Disleksiya mövzusunda seminarı baş tutdu. Azərbaycanın bir çox bölgələrindən bu seminarda mütəxəssislər iştirak etdi. Seminar sonunda hər bir iştirakçıya sertifikat verildi.

21.07.2019-il tarixində Esmira Kazımovanın "Serebral İflicli uşaqlarda pipetlə su içmə problemləri və aradan qaldırılma yolları" yazısı diploma layiq görüldü. Yarışma ÜmumRusiya Pedaqoji yarışmanın loqopediya bölməsində keçirildi.

 
Səhifə 2 - 44-dən(dan)

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr