İbrahim Tatlıses, Hülya Avşarın “Hülya ilə Konuş” adlı məşhur verilişinə qonaq dəvət olunarkən, onunla birlikdə uzun illərdir güvəndiyi və peşəkarlığına dəyər verdiyi loqopedini – azərbaycanlı mütəxəssisi də aparıb.
Verilişin çəkilişlərini başdan sona izləyən loqopedimiz bu təcrübəni “həm qürur, həm də dəyərli bir peşəkar an” kimi dəyərləndirib.
Bu hadisə, təkcə peşəkar uğur deyil, həm də azərbaycanlı loqopedlərin beynəlxalq səviyyədə tanınmasının gözəl bir nümunəsidir.
23.04.2025 17:56
Azərbaycanlı loqoped Esmira Kazımova İbrahim Tatlıseslə birlikdə Hülya Avşarın verilişində!
Artıq 8 ildir məşhur türkiyəli sənətkar İbrahim Tatlısesin şəxsi loqopedi kimi fəaliyyət göstərən azərbaycanlı mütəxəssis, yaxın günlərdə maraqlı bir hadisə ilə yadda qaldı.