Rinolaliya

Rinolaliya latınca rinos-burun laliya-nitq deməkdir. Ri­no­laliya artikulyar aparatın fizioloji və anatomik qüsuru ilə şərtləşən səs qüsurudur. Bu zaman nəinki səs tələffü­zündə qüsurlar olur. Həmçinin fonematik qavramada, səs temb­rin­də də qüsurlar olur. Dovşandodaqlıq və qurd ağızlıq rinolaliyanı yaradan səbəblərdəndir. Bu zaman cərrahi müdaxilə vacibdir. Rinolaliya açıq və qapalı olur. Açıq rinolaliya-danışıq zamanı nəfəsdən deyil, burundan çıxır. Bu əsasən ağız və burun boşluğunun travması, yumuşaq damağın paralici zamanı olur. Qapalı rinolalya zamanı hava burundan çıxmır. Buna səbəb adenoid, polip və s. ola bilər. Nitq zamanı yumuşaq damaq tələffüz olunan səslərdən və nitqin sürətindən asılı olaraq fasiləsiz qalxır və düşür. Damaq-udlaq sıxılmasının gücü tələffüz olunan səsdən asılı olur. Saitlər üçün samitlərə nisbətən qapanma zəif olur. Saitlərdə burun çalarları o halda əmələ gəlir ki, yumuşaq damağın arxa tərəfi ilə udlağın arxa divarı arasında 6mm-ə qədər boşluq olsun. Ən zəif damaq udlaq qapanması b-samitində, ən güclü s-samitindən müşahidə edilir. Rinolaliya zamanı artikulyar aparatda olan qüsurlar uşağın nitqinə mane olur.

Rinonaliya zamanı seslərin pozuntusu muşahidə olunur. Rinonaliya zamanı səslər burunda eşidilir. Rinonaliya 2 hisseye bölünür: orqenik və funkseonal. Orqanik rinolaliya zamanı fizioloji olaraq artikulyar apparatda pozuntu kimi dəyərlənir. Yəni dovşan dodaqlar,adenoid,qurdagiz buna misaldır. Funksional rinolaliya zamanı artikulyar aparatda hec bir problem olmur. Sadece olaraq yumuşaq damaqda əzələlər çox zeif olur. Buna əsas sebeb tez-tez yaranan xəstəliklər,sinir sisteminin pozuntusu və s. Hemçinin rinolaliya aciq, qapalı ve qarışıq olur. Qarışıq rinolaliya ən çətinidir.

Rinalaliyalı uşaqlarla işləyərkən ilkin olaraq sesləri və artikulyar aparatı yoxlamaq lazımdır. Əgər uşaq səsləri buruna verərək danışmağa meyillidirsə onun burnuna xüsusi laqapedik burun zajeminən qoymaq olar. Bu zajemlər sırf loqopedik məşğələlər üçün nəzərdə tutulub. Mütləq uşaq həmçinin otolorinqoloq tərəfindən yoxlanılmalı və daim müşahidə altında olmalıdır. Rinalaliyanın korreksiyası zamanı uşaqla səbir və təmkinlə işləmək lazımdır. Daim uşağı sən düzgün danışa bilərsən deyə inandırmaq lazımdır. Səslərin uzadılmasına və artikulyar aparatın məşğələlərinə xüsusi fikir vermək lazımdır. Həmçinin valideyində uşaqla evdə işləməlidir.

Əvvəl

Sonra

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr