Maarifləndirici kitablar

Nəinki Azərbaycanda həmçinin yaxın qonşu ölkələrdə, MDB dövlətlərində ilk və yeganə maarifləndirici qəzet. Təmənnasız olaraq paylanılır.

Təsisçi Ç. Məmmədli, baş redaktor K. Esmira

Azərbaycan Respublikasında ilk "Autizm" əl kitabçası

Təsisçi Ç. Məmmədli, baş redaktor K.Esmira

ARTIQ SATIŞDA!!!

Müəllif: Esmira Kazımova

Esmira Kazımovanın Rusiyada Universitetlərarası yayımlanan "Loqopediyanın aktual problemləri" kitabında autizm və nitq - yazısı dərc olundu. Bu layihədə Esmira Kazımova ilk Azərbaycanlı loqoped idi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş "Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə  inteqrasiyası və sosial adaptasiyası" adlı respublika konfransının materialları adlı kitabında Esmira Kazımovanın "Erkən uşaq autizmi zamanı korreksion-pedoqoji yardımın təşkili və psixoloji-pedoqoji diaqnostikası məsələləri " mövzusunda məqaləsi dərc olunmuşdur

2015-ci ilin 14-15 noyabr tarixində Rusiyanın Moskva şəhərində keçirilən ümumdünya loqopedlərin elmi konfransın sonunda çıxan kitabda Rusiyanın və digər ölkələrin loqopedləridə iştirak edib və sonda məqalələri kitabda nəşr edilib. Mərkəzimizin mütəxəssisləri Esmira Kazımova, Sevinc Əsədova və Hüseyinli İlhamənin yazıları bu kitabda yer alıb.

Kitab 2015-ci ildə Türkiyənin İstanbul şəhərində nəşr olunmuşdur. Ümumilikdə kitab 128 səhifədən ibarətdir.

Qazaxıstanda Loqo praktika və Rik loqopedik-defektoloji asosiasıyası tərəfindən 6-7 may 2016-cı il tarixində təşkil olunan ölkələrarası loqopedlər konfransında Azərbaycanı Esmira Kazımova təmsil etdi. Konfransın sonunda çıxan kitabda Autizm sindromlu uşaqların nitqinin yoxlanılması mövzusunda yazısı dərc olundu.

Rusiya təhsil akademiyası Moskva psixo-sosial universitetin və loqomed proqnoz mərkəzinin birgə ərsəyə gətirdiyi Ölkələrarası 2ci xüsusi psixologiya və korreksion pedaqogikanın aktual problemləri mövzusunda keçirilmiş konfransın sonunda çıxan kitabda Esmira Kazımovanın yazısı çıxdı. Mövzu: Azərbaycan da autizm sindromlu uşaqlara yardımın təşkili.

Maksim Tanka adına Belarusiya Dövlət Pedaqoji Universitetinin Xüsusi təhsil fakultəsinin keçirdiyi 7-ci Respublika tələbə elmi-praktik konfransında ilk dəfə olaraq Azərbaycan təmsil olundu. Esmira Kazımovanın yazısı bəyənildi və kitabda yer aldı. Mövzu: Sosial-psixoloji faktorların nitqə təsiri. Qeyd edək ki, yazı Azərbaycanda olan sosial-psixoloji faktorların əsasında yazılıb.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr