Nitq aparatının anatomik-fizioloji mexanizmi

Nitqin anatomik-fizioloji mexanizmi iki hissədən ibarətdir. Mərkəzi nitq aparati və periferik nitq aparati. Hər iki aparat bir-biri ilə six əlaqədədir. Mərkəzi nitq aparatı baş beyində yerləşir və o, baş be­yin qabığından (daha çox sol yarımkürə), qabıqaltı düyün­lər­dən, ötürücü yollardan, beyin kökünün (uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və artikulyasiya əzələlərinə ge­dən sinirlərdən ibarətdir. Qabıqaltı düyünlər nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir. Baş beyin qabığı danışıq üzvləri ilə iki cür sinir yolları ilə əlaqədardır: mərkə­zə­qa­çan və mərkəzdənqaçan sinirlər.Pereferik nitq aparatı 3 şöbədən ibarətdir : tənəffüs, səs və artikulyasiya aparatından. Nəfəs şöbəsinə ağ ciyər­lər, bronxlar, traxeya köks qəfəsi daxildir.

 Səsin yaranması zamanı səs telləri yumulmuş vəziy­yət­də olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumul­muş səs tellərinin büküşləri arasından keçərk onları bir qə­dər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçi­dini daraldan vəziyyətinə qayıdır. Beləliklə də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axı­nı­nın təzyiqi dayandırılsın. Başqa sözlə, fonasiyada (səs­lən­mə) səs tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aşağıya deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf mühitə ötürü­lə­rək danışıq səsi kimi qavranılır.Artikulyasiyada ən əsas üzv dildir. Dil ön, orta, arxa olmaq üzrə üç hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir.Dil böyük kütləvi əzələdir. Çənələrin yumşalmış vəziy­yə­tində o ağız boşluğunu tamamilə tutur. 

1-Üst dodaq; 2-Sərt damaq; 3-Dilçək; 4-Yanaq;

5-Udlaq;  6- Damaq xətdi; 7-Alt dodaq.

Ünvanımız

Bakı, İlqar Zülfüqarov küç. 16A ("Həzi Aslanov" metrosunun yanı)
 
Yoxlanış və dərslər üçün: (055) 903 38 16
Mərkəzdə təcrübə və seminarlar üçün: (070) 203 38 16

Xəritə

Sosial şəbəkələr